Ümid işığı

 

 Uzun müddət idi ki, ağır xəstəlikdən əziyyət çəkirdim. Səkkiz nəfərlik ailə üzvlərimin cidd-cəhdinə, köməyinə baxmayaraq, səhhətimin bərpasına tələb olunan xərcləri ödəyə bilmirdik. Ümid və güman yeri kimi Heydər Əliyev Fonduna, onun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya müraciət etdik. Çox qısa müddətdə bizə təsəlli verən cavab aldıq. Bütün müalicə xərclərinin ödənilməsini fond öz üzərinə götürürdü. Həkimlərin ciddi nəzarəti və köməyi ilə sağlamlığım tam bərpa olundu. Bütün bunlar ailəmizdə bir ümid işığı yandırdı, mənim yaşamaq inamımı artırdı. Ən çətin günlərdə bizə hayan və dayaq olan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya ailəmiz adından minnətdarlıq edir, xeyriyyəçilik əməllərində ona uğurlar diləyir, cansağlığı arzulayırıq.

 

 

Hörmətlə,

Yusif MƏMMƏDOV,

Sumqayıt şəhəri

 

Azərbaycan.-2011.-30 sentyabr.-S.11.