Almaniya Federativ Respublikasının Prezidenti
zati-aliləri cənab
Kristian Vulfa
Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı - Alman Birliyi Günü
münasibətilə Sizi
və Sizin
simanızda bütün
xalqınızı şəxsən
öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik
edirəm.
Bu gün Azərbaycan-Almaniya münasibətləri
hərtərəfli inkişaf
yolundadır. Ölkələrimizi və xalqlarımızı
birləşdirən möhkəm
dostluq əlaqələri
siyasi dialoqumuzun davam etdirilməsi, iqtisadi və humanitar müstəvidə
əməkdaşlığımızın
dərinləşdirilməsi üçün münbit
zəmindir.
Əminəm ki, istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqının
"Şərq tərəfdaşlığı"
proqramı çərçivəsində
qarşılıqlı işimiz
və birgə fəaliyyətimiz bundan sonra da xalqlarımızın
rifahına xidmət edəcəkdir.
Belə bir
xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Almaniya
xalqına əmin-amanlıq
və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 22 sentyabr 2011-ci
il
Azərbaycan.-2011.-2
oktyabr.-S.1.