Koreya Respublikasının
Prezidenti zati-aliləri
cənab Li Men Baka
Hörmətli cənab Prezident!
Koreya Respublikasının milli
bayramı - Dövlətin
Yaranması Günü
münasibətilə Sizi
və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
Əminəm ki, ölkələrimiz
arasında mövcud dostluq əlaqələrinin
daim möhkəmləndirilməsi,
qarşılıqlı maraq
doğuran əməkdaşlığımızın
əhatə dairəsinin
genişləndirilməsi yolunda
birgə səylərimizi
bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə möhkəm
cansağlığı, işlərinizdə
uğurlar, dost xalqınıza
əmin-amanlıq və
firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 22 sentyabr 2011-ci
il
Azərbaycan.-2011.-2
oktyabr.-S.1.