Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında
Nəzarət-təftiş
xidmətinin yaradılması barədə
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar
N 10/35
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 97-ci maddəsinə və "Mərkəzi Seçki Komissiyası yanında nəzarət-təftiş xidməti haqqında Əsasnamə"yə uyğun olaraq seçki komissiyalarına ayrılmış pul vəsaitinin təyinatı üzrə istifadəsinə, seçki fondları vəsaitinin düzgün qeydə alınmasına və istifadəsinə, pul vəsaitinin daxil olma mənbələrinə nəzarəti təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında komissiya üzvlərindən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Hesablama Palatasının, Azərbaycan Respublikası Mərkəzi Bankının və s. orqanların mütəxəssislərindən ibarət tərkibdə Nəzarət-təftiş xidməti yaradılmalıdır.
Nəzarət-təftiş xidmətinin rəhbəri xidmətin tərkibinə daxil edilmiş Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri sırasından təyin edilməlidir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 97-ci maddələrinə və "Mərkəzi Seçki Komissiyası yanında Nəzarət-təftiş xidməti haqqında Əsasnamə"nin 1.2-ci bəndinə əsasən qərara alır:
1. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında aşağıdakı tərkibdə Nəzarət-təftiş xidməti yaradılsın:
Ramiz İbrahimov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;
Tofiq Həsənov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;
Tamam Cəfərova - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;
Rasim Qasımov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi Maliyyə şöbəsinin müdiri;
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi;
Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsi;
Azərbaycan Respublikası Hesablama
Palatasının nümayəndəsi;
Azərbaycan Respublikası Mərkəzi
Bankının nümayəndəsi.
2. Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının üzvü
Ramiz İbrahimov Nəzarət-təftiş xidmətinin
rəhbəri təyin
edilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Azərbaycan.-2011.-2
oktyabr.-S.5.