Myanma İttifaqı
Respublikasının Dövlət
Sülh və İnkişaf Şurasının
Sədri zati-aliləri
cənab Tan Şveyə
Hörmətli cənab Sədr!
Milli bayramınız - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, ölkələrimiz arasında təşəkkül tapmaqda olan dostluq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Myanma xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 24 dekabr 2010-cu il
Azərbaycan.- 2011.- 1 yanvar.- S. 1.