2010-cu il oktyabrın 8-də Havana şəhərində imzalanmış "Azərbaycan Respublikası hökuməti Kuba Respublikası hökuməti arasında informasiya kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. 2010-cu il oktyabrın 8-də Havana şəhərində imzalanmış "Azərbaycan Respublikası hökuməti Kuba Respublikası hökuməti arasında informasiya kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Rabitə İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Kuba Respublikası hökumətini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2010-cu il

 

Azərbaycan.- 2011.- 1 yanvar.- S.  1.