2010-cu il noyabrın 26-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Monteneqronun Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol"un təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. 2010-cu il noyabrın 26-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Monteneqronun Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Protokolun həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Monteneqro tərəfini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2010-cu il

 

Azərbaycan.- 2011.- 1 yanvar.- S. 1.