2010-cu il sentyabrın 23-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Bolqarıstan Respublikasının Özəlləşdirmə Özəlləşdirmədənsonra Nəzarət Agentliyi arasında əməkdaşlıq haqqında Memorandum"un təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. 2010-cu il sentyabrın 23-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Bolqarıstan Respublikasının Özəlləşdirmə Özəlləşdirmədənsonra Nəzarət Agentliyi arasında əməkdaşlıq haqqında Memorandum" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Memorandumun həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Bolqarıstan Respublikası tərəfini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2010-cu il

 

Azərbaycan.- 2011.-  1 yanvar.- S. 2.