2010-cu il oktyabrın 12-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Koreya Respublikasının Strategiya Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. 2010-cu il oktyabrın 12-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Koreya Respublikasının Strategiya Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Memorandumun həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Koreya Respublikası tərəfini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2010-cu il

 

Azərbaycan.- 2011.- 1 yanvar.- S. 2.