Pakistanın aparıcı ingilis urdu dilli qəzetlərində Azərbaycan Prezidenti İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciəti həmrəylik günündən bəhs edən məqalələr dərc olunmuşdur

 

Pakistanın aparıcı ingilis urdu dilli qəzetləri olan "Daily Herald Tribune", "Al-Qamar", "Daily K2" "Daily Azkaar" qəzetlərinin 2010-cu il 31 dekabr tarixli nömrələrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 dekabr -Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciəti həmrəylik günündən bəhs edən məqalələr çap edilmişdir.

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalələrdə dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızın hər il dekabrın 31-ni azərbaycanlıların həmrəyliyi günü kimi bayram etdiyi diqqətə çatdırılmışdır. Bununla yanaşı, məqalələrdə müstəqil Azərbaycan dövlətinin mövcudluğunun dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi onların təşkilatlanması üçün geniş imkanlar yaratdığı ifadə edilmişdir.

Məqalə müəllifləri dünya azərbaycanlılarının məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni işgüzar həyatında mühüm mövqelərə sahib olmaqla yanaşı, həm Azərbaycanın beynəlxalq aləmə təqdim olunmasına, maddi mənəvi irsimizin təbliğinə, ölkəmiz əleyhinə yönəlmiş ideoloji təxribatların qarşısının alınmasına öz töhfələrini verdikləri xüsusilə vurğulanmışdır. Həmçinin, 31 dekabrın ümummilli lider Heydər Əliyevin 1993-cü ildə imzaladığı müvafiq fərmanla milli həmrəylik günü kimi bayram edilməyə başlandığı oxucuların diqqətinə çatdırılır. Yazıların sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmrəylik günü münasibətilə dünya azərbaycanlılarına müraciətinin tam mətni verilmişdir.

 

 

Azərbaycan.- 2011.- 6 yanvar.- S.3.