Bişkekdə ulu öndər Heydər Əliyevə həsr olunmuş "Dünya siyasətinin zirvəsini fəth edənlər" kitabının ikinci cildi rus dilində çapdan çıxmışdır

 

Bişkekdə fəaliyyət göstərən Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Qırğızıstan paytaxtındakı "Biyiktik" nəşriyyatında ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı "Dünya siyasətinin zirvəsini fəth edənlər" ("Pokoriteli verşin mirovoy politiki") kitabının ikinci cildi rus dilində çapdan çıxmışdır.

Nəfis şəkildə 5 min tirajla çap olunmuş 515 səhifədən ibarət bu kitabın tərtibçiləri Nüsrət Məmmədov Cumadin Kadırovdur.

Nəşrin baş məsləhətçisi Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, məsləhətçiləri Milli Məclisin deputatı Qənirə Paşayeva, Qafar Əliyev, Füzuli Nəcəfov, Mirəkbər Həsənov, Əhməd Hüseynov, baş redaktoru professor Aqil Hacıyevdir.

Kitabda müasir Azərbaycanın memarı qurucusu, ulu öndər Heydər Əliyevin həyat fəaliyyəti ilə bağlı geniş əhatəli materiallar verilmiş, Prezident İlham Əliyevin uğurlu daxili xarici siyasətinin bəhrələri, sosial sahədə aparılan islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ölkəmizin təşəbbüsləri, ermənilərin zaman-zaman xalqımızın başına gətirdikləri faciələr, həmçinin tariximiz, mədəniyyətimizlə bağlı əhatəli materiallar verilmişdir.

Kitabda, həmçinin "Heydər Əliyev islahatçı kimi", "Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır", "Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin yeri əhəmiyyəti", "Xəzərin hüquqi statusunun müəyyən edilməsində Azərbaycanın xarici siyasətinin təhlili", "Dünya siyasətində Azərbaycan nefti", "Əsrin müqaviləsi haqqında" bir sıra digər mövzularda materiallar yer almışdır.

Xatırladırıq ki, təxminən 10 gün əvvəl bu kitabın birinci cildi çapdan çıxmışdı.

Bu kitabların hər iki cildinin Azərbaycan, Qırğızıstan, Qazaxıstan Özbəkistanda pulsuz yayılması nəzərdə tutulmuşdur.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Bişkek

 

Azərbaycan.- 2011.- 7 yanvar.- S. 2.