Azərbaycan dini tolerantlığa görə dünyada ən yüksək səviyyədə olan ölkədir

 

Müasir qloballaşma dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı real həyatda fantastik nailiyyətlərə, mütərəqqi dəyişikliklərə yol açsa da, bu prosesin mədəni dini-mənəvi irsə müəyyən təhlükə meyilləri özünü qabarıq göstərir. Prezident İlham Əliyevin milli mədəniyyətin, dini dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti çağdaş dövrün reallıqları ilə şərtlənir. Dövlət başçısı total mədəniyyətin mütərəqqi cəhətlərinin mənimsənilməsi tərəfdarı kimi çıxış etməklə yanaşı, xalqın özünəməxsusluğunu şərtləndirən milli dini dəyərlərin qorunmasını da vacib məsələ kimi önə çəkir.

Cənab İlham Əliyev son 7 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsinə, xüsusən dini ziyarətgahların əsaslı təmirinə yenidən qurulmasına da xüsusi diqqət ayırmışdır. Azərbaycan Prezidentinin islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. Son illərdə Bibiheybət, Təzəpir, Əjdərbəy, Nardaran, Mir Möhsün ağa digər məscid ziyarətgahlar əsaslı təmir olunmuş, onların təchizatına lazımi diqqət ayrılmışdır.

Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, dini bayram mərasimlərdə şəxsən iştirak etməsi xalq arasında böyük razılıq minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində təşviqində mühüm stimul rolu oynayır. Dövlətin bu sahəyə diqqət qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad əmin-amanlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə islam qeyri-islam dini icmaları öz etiqadlarını azad sərbəst şəkildə icra edirlər. Son illərdə ölkədə 500-dən artıq dini icmanın dövlət qeydiyyatından keçməsi tolerantlığın bariz təcəssümü sayıla bilər.

1995-ci ildə Azərbaycanda ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada hər bir ölkə vətəndaşının vicdan azadlığı birmənalı təsbit edildi. Konstitusiyanın qəbulundan sonra ölkədə dini-mənəvi münasibətləri tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi müxtəlif dini icmaların qanunla müəyyənləşmiş qaydada fəaliyyətinə geniş imkanlar açmış, bu sahədə dövlət tənzimlənməsinin həyata keçirilməsi məqsədilə Dini İşlər üzrə Dövlət Komitəsi yaradılmışdır. Dünyəvi demokratik dövlət modelini qəbul etməsinə baxmayaraq, respublikamızda insanların dini inanclarının, habelə vicdan azadlığının əleyhinə heç bir addım atılmamışdır. Ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri dini milli mənsubiyyətindən asılı olmayaraq, özlərini tamhüquqlu vətəndaşlar kimi hiss edirlər. Azərbaycan çoxmillətli ölkə olaraq burada yaşayan bütün xalqların nümayəndələri üçün bərabər şərait yaradıb. Ölkəmizin bütün bölgələrində, o cümlədən milli azlıqların yaşadıqları regionlarda da sürətli inkişaf gedir, sosial iqtisadi problemlər uğurla həll olunur. Prezident İlham Əliyev bildirmişdi: "Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında öz rolunu oynamışdır. İctimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycanda dini milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə olub. Bu, Azərbaycan xalqının duyğularıdır, eyni zamanda müstəqil Azərbaycan dövlətinin siyasətidir Azərbaycanda fəaliyyət göstərən dini qurumların əməyinin praktiki nəticəsidir.

Bu, doğrudan da, hesab edirəm ki, dünyada çox nadir hallarda rast gəlinən bir fenomendir. Azərbaycanda bütün millətlər bir ailə kimi yaşayır. Heç vaxt Azərbaycanda milli, dini zəmində heç bir münaqişə qarışıdurma olmamışdır əminəm ki, olmayacaqdır. Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, Azərbaycanın inkişafı üçün fəal çalışırlar. Onlar Azərbaycanın layiqli dəyərli vətəndaşları kimi ölkəmizin hərtərəfli inkişafına öz töhfələrini verirlər".

Azərbaycanın dini-etnik sivilizasiyaların qovuşduğu məkan kimi tanınmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir. 2004-cü il mayın 10-dan fəaliyyətə başlayan Heydər Əliyev Fondu bu istiqamətdə həyata keçirdiyi layihələrlə, irəli sürdüyü nəcib xeyirxah təşəbbüslərlə ümumxalq məhəbbətini, xalqın dərin inam etimadını qazanmışdır. Azərbaycan mədəniyyəti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsində özünə etibarlı hami, xilaskar tapmışdır. Bu sahəyə qayğını fəaliyyətində daim üstün istiqamətlərdən biri kimi nəzərdən keçirən Heydər Əliyev Fondunun prezidenti xalqın varlığını özündə yaşadan milli-mənəvi-intellektual irsə yüksək həssaslıqla yanaşır, onun dünya arenasında təbliğində fəal iştirak edir.

2008-ci ildə Bakıda Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO-nun İSESKO-nun dəstəyi ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb etmişdir.

Son illər Fondun səyləri ilə Azərbaycanla İslam Konfransı Təşkilatı ölkələri arasında humanitar mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. İKT-nin 2009-cu ildə Bakını "İslam mədəniyyətinin paytaxtı" elan etməsi humanitar sahədə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə qurulduğunu göstərir. Respublikamızın müsəlman dövləti kimi islam dəyərlərinə hörmətlə yanaşması, eyni zamanda tarixi ənənələrini qoruyub saxlaması bu əməkdaşlıq üçün ciddi zəmin yaradır.

Bakıda regionlarda dini ziyarətgahların, ibadət yerlərinin tikintisi mövcud olanların yenidən qurulması prosesi son illər uğurla davam etdirilir. Heydər Əliyev Fondu da milli mənəvi dəyərlərimizin qorunması dini ziyarətgahların yenidən qurulması prosesinə fəal surətdə qoşulmuşdur. Bu baxımdan Buzovna qəsəbəsində Heydər Əliyev Fondunun "Tolerantlığın ali ünvanı - Azərbaycan" layihəsi çərçivəsində əsaslı surətdə yenidən qurulan Cümə məscidi xüsusi əhəmiyyət kəsb edir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü təşkilatçılığı ilə son illərdə həyata keçirilən layihələr, proqramlar bu qurumun ən ali ideallara xidmət etdiyini təsdiqləyir. Fondun milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində əzmkar fəaliyyəti, təhsil, səhiyyə, idmanın inkişafı sahəsində dövlətin yürütdüyü siyasətə dəstək verməsi bu qurumu cəmiyyətdə mərhəmət xeyirxahlığın ali ünvanına çevirib.

Azərbaycan xalqı sivil, demokratik dünyəvi dövlət prinsiplərinə sadiq qaldığını bəyan etsə , respublikamızda dinə dövlət qayğısı bu gün qabarıq hiss olunur. Azərbaycan xalqını vahid ideologiya ətrafında birləşdirən onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm islam dinidir. Son illərdə dövlət funksional imkanlarını işə salaraq xalqın dini dəyərlərinin mədəniyyətinin qorunması istiqamətində ardıcıl addımlar atır. Bu gün Azərbaycandakı mövcud dini-etnik dözümlülük, müxtəlif mədəniyyətlər arasındakı sivil dialoq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları tərəfindən təqdir olunmaqdadır.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2011.- 7 yanvar.- S. 2.