Azərbaycanın pravoslav xristianları Milad gününü qeyd edirlər

 

Bütün dünyanın pravoslav xristianları İsa peyğəmbərin mövludu gününü qeyd edirlər. Kilsələrdə zənglər çalınır, dualar oxunur, Vifleyemdən gətirilmiş odla şamlar yandırılır.

Milad bayramı dindarlar üçün ən böyük bayramlardan biridir. Onlar xilaskar İsanın mövludu gününü öz dinlərinin yarandığı gün hesab edirlər. Yeni tarix hesabı da həmin gündən başlanır.

Milad günündə küsülülər bir-biri ilə barışmalı, xeyir işlər görməlidirlər. Bütün kilsələrdə gecə səhərəcən ibadət edilir. Dindarlar bu bayramı öz evlərində qeyd edirlər. Səmada ilk ulduz görünəndə bayram süfrələri açılır. Bu süfrədə israfçılıq etmək məsləhət görülmür - meyvə şirniyyatla kifayətlənmək lazımdır. İnsanlar bir-birinə elə hədiyyələr bağışlayırlar ki, bu müqəddəs bayram yadda qalsın.

İsa peyğəmbərin mövludu ilə əlamətdar olan bəşər sivilizasiyasında yeni bir tarixi mərhələnin əsasını qoyan Milad günü bütün dünyada olduğu kimi, Azərbaycanda da hər il pravoslav xristian icması tərəfindən təntənə ilə bayram edilir. Yeniliyin, əmin-amanlığın, mərhəmət şəfqət duyğularının rəmzi olan bu bayramla əlaqədar yanvarın 6-dan 7-nə keçən gecə Azərbaycandakı bütün pravoslav kilsələrində dini ayinlər icra olunacaqdır.

Xristianlıq Azərbaycanda çox qədim tarixə malikdir. Təsadüfi deyil ki, Qafqazda ilk xristian məbədləri məhz bizim ölkəmizdə təşəkkül tapmışdır. Səmavi dinlər burada əsrlər boyu dinc yanaşı fəaliyyət göstərərək insanlar arasında dostluq qardaşlıq münasibətlərinin yaranmasında misilsiz tarixi rol oynamışdır. Azərbaycanda heç vaxt milli-irqi ayrı-seçkilik, dini dözümsüzlük halları mövcud olmamışdır.

Nadir geosiyasi məkanda yerləşən Azərbaycanın tarixində mədəniyyətində bütün dünya dinlərinin yüksək mənəvi dəyərləri əks olunmuşdur. Azərbaycanda tarixən formalaşmış tolerantlıq dözümlülük cəmiyyətimizi səciyyələndirən gözəl ənənəyə çevrilmişdir.

Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətləri konsepsiyasının uğurla həyata keçirilməsi nəticəsində bu ənənə daha da inkişaf edərək zənginləşmişdir.

Müstəqil Azərbaycan Respublikası bu gün öz mütərəqqi ənənələrinə sadiqdir. Azərbaycan xalqına xas olan yüksək insanpərvərlik, cəmiyyətimizdə hökm sürən milli-dini dözümlülük mühiti, ictimai-siyasi sabitlik vətəndaş həmrəyliyi, etnik azlıqlar dini icmalar arasında qarşılıqlı hörmət etimad ölkəmizi dünyada tolerantlıq örnəyi kimi tanıtmışdır. Haqlı olaraq bu, xalqımızın tarixi nailiyyəti hesab edilir.

Ölkə rəhbərliyi tərəfindən Azərbaycanda sülhün, əmin-amanlığın, vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsi dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın hüquq azadlıqlarının təmin edilməsi istiqamətində səylər davam etdirilir.

Məmnuniyyət hissi ilə qeyd etmək lazımdır ki, ölkəmizin tamhüquqlu vətəndaşları olan pravoslav xristian icması öz dil mədəniyyətini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaqla, milli-dini bayram mərasimlərini azad sərbəst şəkildə icra edir, Azərbaycanda gedən böyük quruculuq işlərində, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində vətəndaşlıq borcunu layiqincə yerinə yetirir.

Prezident İlham Əliyev Azərbaycan xristian icmasını Milad günü münasibətilə təbrik etmişdir. Azərbaycanda ayrı-ayrı mədəniyyətlərin daşıyıcıları olan xalqlar etnik azlıqlar həmişə sülh əmin-amanlıq içində yaşadıqları, səmavi dinlər əsrlər boyu qarşılıqlı hörmət etimad şəraitində fəaliyyət göstərdikləri vurğulanan təbrikdə deyilir ki, ölkəmizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanmasına daha da inkişaf etdirilməsinə bundan sonra da daimi diqqət qayğı göstəriləcəkdir.

Biz mütərəqqi milli-tarixi ənənələr üzərində bərqərar olmuş müasir cəmiyyətimizdə hökm sürən tolerantlığı, ictimai-siyasi sabitliyi, vətəndaş həmrəyliyini Azərbaycan dövlətçiliyinin misilsiz nailiyyəti kimi qiymətləndirir haqlı olaraq bununla fəxr edirik.

 

 

Albina Atlıxanova,

AzərTAc-ın müxbiri

 

Azərbaycan.- 2011.-7  yanvar.- S. 6.