"İlham Əliyev: İnkişaf - məqsədimizdir" çoxcildliyinin beşinci cildi çapdan çıxmışdır

 

"Azərbaycanın beynəlxalq nüfuzu artır, Azərbaycan beynəlxalq təşkilatlarda çox önəmli yerləri tutur. Dünyada Azərbaycanla hesablaşırlar apardığımız xarici siyasət bizə imkan verəcək ki, ölkənin milli maraqları daha da böyük həcmdə müdafiə olunsun.

İqtisadi inkişaf istiqamətində aparılan işlər deməyə əsas verir ki, bu sahədə problemlər həllini tapacaq, Azərbaycan yaxın zamanlarda daha zəngin ölkəyə çevriləcəkdir. Sosial məsələlərin həlli qarşımızda duran ən vacib problemlərdən biridir. Bu istiqamətdə önəmli addımlar atılır bundan sonra da atılacaqdır. Əməkhaqlarının, pensiyaların, sosial ödənişlərin artırılması istiqamətində işlər görüləcəkdir. Biz çalışmalıyıq çalışırıq ki, Azərbaycanın hər bir vətəndaşı ildən-ilə daha yaxşı yaşasın, onun güzəranı daha da yaxşılaşsın, qarşısında duran sosial məsələlər öz həllini tapsın. Mən şübhə etmirəm ki, biz bu məsələləri həll edəcəyik".

AzərTAc xəbər verir ki, bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yenicə çapdan çıxmış "İnkişaf - məqsədimizdir" adlı çoxcildliyinin 5-cü cildindən, 2004-cü il iyunun 24-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ümummilli liderin abidəsinin açılışı mərasimindəki nitqindən götürülmüşdür.

Nəşrin buraxılışına məsul Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdir.

Yunanıstan Prezidenti Konstantinos Stefanopulosun Azərbaycana rəsmi səfərindən hesabatla açılan bu cilddə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasətə - müstəqil Azərbaycan dövlətinin daha da qüdrətləndirilməsi üçün aparılan siyasi iqtisadi islahatlara, dost qonşu ölkələr arasında bütün sahələrdə qarşılıqlı faydalı əlaqələrin daha da möhkəmləndirilməsi genişləndirilməsinə dair materiallar - nitqlər, çıxışlar, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar əksini tapmışdır. Bu materiallar 2004-cü ilin iyunundan avqustunadək olan dövrü əhatə edir.

Kitabda dövlətimizin başçısı İlham Əliyevin NATO-nun İstanbul zirvə görüşündə "Avratlantik İttifaqı yol ayrıcında" mövzusunda beynəlxalq konfransda çıxışları, AFR-ə ilk rəsmi səfəri zamanı bu ölkənin dövlət hökumət rəhbərləri ilə keçirdiyi yüksək səviyyəli görüşləri, söhbətləri, Dağlıq Qarabağ probleminin həlli münaqişənin nizama salınması ilə əlaqədar ölkəmizin prinsipial mövqeyi xüsusi yer tutmuş, Azərbaycanın milli mənafeyini əks etdirən danışıqları yer almışdır.

Yeni cilddə Azərbaycan ilə Yunanıstan, Pakistan, İran Almaniya arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair imzalanmış sənədlər, Prezident İlham Əliyevin dünyanın görkəmli dövlət hökumət başçılarına, beynəlxalq təşkilatlara, məşhur şəxsiyyətlərə məktubları, xarici dövlət hökumət rəhbərləri, siyasi xadimlər, nümayəndə heyətləri ilə görüşləri zamanı apardığı dərin məzmunlu söhbətləri əksini tapmışdır.

Burada, həmçinin Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar ölkəmizin şimal bölgəsinə - Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarına səfərləri zamanı əhali ilə görüşlərində Azərbaycanın sürətli inkişafına, xalqımızın rifahı tərəqqisi naminə aparılan geniş iqtisadi siyasi islahatlara həsr olunmuş çıxış nitqləri əksini tapmışdır.

Bu nəşrdə dövlətimizin başçısının nitq çıxışları ilə yanaşı, dünyanın nüfuzlu mətbuat orqanlarına verdiyi müsahibələri bəyanatları da toplanmışdır.

Kitaba "Qeydlər", "Şəxsi adlar göstəricisi", "Coğrafi adlar göstəricisi" daxil edilmişdir.

"Azərnəşr" tərəfindən buraxılmış cildin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə olunmuşdur.

 

 

Azərbaycan.- 2011.- 8 yanvar.- S. 1.