"Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin 31-ci cildi çapdan çıxmışdır

 

"Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin 31-ci cildi çapdan çıxmışdır. Xalqımızın ümummilli liderinin çoxcildlik əsərlərinin oxuculara təqdim olunan bu cildi 2000-ci il noyabrın 5-dən 2001-ci il yanvarın 5-dək olan dövrü əhatə edir. Nəşrin buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

"Bakı şəhərinin Səbail rayonundakı Tofiq İsmayılov adına Respublika Uşaq Gənclər Yaradıcılıq sarayında yerləşən 17 nömrəli seçki məntəqəsində səsvermə zamanı jurnalistin suallarına cavab"la başlanan kitabda Minskdə MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının zirvə görüşü zamanı Azərbaycana gələn Rusiya, İran, Türkiyə PA-nın rəsmi nümayəndə heyətləri, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirdiyi görüşlərə, apardığı danışıqlara, ikitərəfli münasibətlərin, səmərəli beynəlxalq əməkdaşlığın inkişafına dair materiallar verilmişdir.

Nəşrdə, həmçinin "Yeni 2001-ci il, yeni əsr üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciət" təqdim olunur. Ümummilli liderin həm ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza ünvanlanmış bu müraciətində xronoloji ardıcıllıqla ötən əsrin tarixi gerçəklikləri, bəşəri dəyərləri, qazanılmış nailiyyətləri, xalqımızın azadlığa çıxması, dövlət müstəqilliyini bərpa etməsi əksini tapmışdır. Sənəddə deyilir: "Bəzilərinin güman etdiyi kimi, demokratiya xaos, hərc-mərclik, özbaşınalıq deyildir. Demokratiya ictimai-siyasi sabitliyin, qanunların aliliyinin hökm sürdüyü şəraitdə yaranıb inkişaf edə bilər. Demokratiyanın hüdudları genişdir. Odur ki, o hər xalqın mentalitetinə, hər bir cəmiyyətin, hər bir dövrün tələblərinə uyğun olaraq inkişaf edir. Ona görə burada, Azərbaycandan kənarda heç kəs narahat olmasın: Azərbaycan demokratiya yolu ilə gedir gedəcəkdir. Bu bizim strateji kursumuzun mahiyyətini təşkil edir biz heç vaxt bu yoldan dönməyəcəyik".

Kitabda ulu öndərin elm sənət xadimləri, "Bakılı oğlanlar" komandasının üzvləri, idmançılar ilə görüşlərinə, eyni zamanda, xalqımızın tərəqqisi rifahı naminə aparılan geniş islahatlara, ictimai-siyasi, iqtisadi, mədəni həyatın bir çox sahələrinə dair materiallar da toplanmışdır.

AzərTAc-ın materialları əsasında hazırlanmış çoxcildliyin bu kitabına da "Qeydlər", "Şəxsi adlar göstəricisi", "Coğrafi adlar göstəricisi" daxil edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 9 yanvar.- S. 1.