Fatmayı kəndində
yeni kitabxana istifadəyə verilib
Abşeron Rayon Mədəniyyət və
Turizm Şöbəsinin
kitabxana sisteminin 9 nömrəli Fatmayı kənd filialının yeni binasının rəsmi açılışı
keçirilib. Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə inşa edilmiş kitabxananın ümumi sahəsi 90 kvadratmetr, kitab fondu isə 10 min nüsxədən artıqdır.
Açılışda çıxış
edən Mədəniyyət
və Turizm Nazirliyinin aparat rəhbəri Firudin Qurbanov Fatmayı kənd camaatına təhvil verilən yeni mədəniyyət müəssisəsini əlamətdar
hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə,
1950-ci ildən fəaliyyət
göstərən Fatmayı
kənd kitabxanası uzun müddət yararsız vəziyyətdə
olub. Mədəniyyət
və Turizm Nazirliyinin təşəbbüsü
ilə həmin bina sökülərək
kəndin başqa yerində yenisi ilə inşa edilib.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının
müavini Fatmayı kəndində bir çox tanınmış
simaların yetişdiyini
və bu kitabxananın da yenilərini yetişdirəcəyinə
inandığını, M.F.Axundov
adına Milli Kitabxananın direktoru Kərim Tahirov isə filialın kitabxana-informasiya mərkəzinə
çevrilməsi yolunda
lazımi köməyi
əsirgəməyəcəklərini söyləyib.
Azərbaycan.- 2011.- 9 yanvar.- S. 4.