İran İslam Respublikasının Prezidenti
zati-aliləri cənab
Mahmud Əhmədinejada
Hörmətli cənab Prezident!
Urumiye şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 10 yanvar 2011-ci il
Azərbaycan.- 2011.- 11 yanvar.- S. 1.