Akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" kitabı Tbilisidə ingilis rus dillərində çapdan çıxmışdır

 

1828-ci il martın 21-də, Azərbaycan türklərinin qeyd etdikləri Novruz bayramı günündə, imperator I Nikolay öz fərmanı ilə əsrlər boyu mövcud olmuş İrəvan Naxçıvan xanlıqlarını ləğv etdi bu ərazilərdə İrandan Türkiyədən köçürülmüş ermənilər üçün qondarma "Erməni vilayəti" yaratdı. Bununla da, köçürülmüş ermənilər üçün Azərbaycan torpaqları olan İrəvan Naxçıvan xanlıqlarında yeni vətən yaratmaq yolunda ilk addım atıldı.

Lakin köçəri həyatı barədə xatirələrdən başqa heç nəyi olmayan bu gəlmə xalq (ermənilərin köçəri xalq olmasını görkəmli rus şərqşünası İ.M.Dyakonov da qeyd etmişdir) - getdikcə həyasızlaşaraq başqasının torpağını, onun tarixini, mədəniyyətini, dəyərlərini hissə-hissə mənimsəyərək, "qədim" xalqa xas olan bütün zəruri atributikaya yiyələnmiş "başıbəlalı" ermənilər bu gün "qədimlik" iddiasında olmaqla bütün dünya birliyinin zəhləsini tökmüşlər. Ən başlıcası isə, sən demə, Ermənistan prezidentinin yaxın vaxtlarda bəyan etdiyi "kəşfinə" görə, onların dilinin az, çox - 8 min illik tarixi vardır.

Serj Sarkisyanın bu həyasız çıxışları ermənilərin sayıqlamalarına əslində artıq vərdiş etmiş dünya tarixçiləri arasında homersayağı qəhqəhə olmasa da, ən azı, anlaşılmazlıq doğurmaya bilməzdi. Azərbaycan cəmiyyətində isə bu məsələ qəzəbdən çox istehzaya səbəb olmuşdur. Çünki Ermənistan prezidentinin bu çıxışı bir daha təsdiq etdi ki, Ermənistan cəmiyyətində ciddi bir xəstəlik yayılmışdır. Bu xəstəliyin adı isə adi faşizmdir.

Bütün bunlar barədə Prezident Administrasiyanın rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli filosof alim Ramiz Mehdiyevin bu yaxınlarda Tbilisidə "Universal" çap evində ingilis rus dillərində nəşr olunmuş kitabında bəhs edilir.

Kitabın müəllifi materialı sərt istehza formasında quraraq, sarkazmla Ermənistan dövlətinin indiki başçısının istinad etdiyi bütün əsas "tarixi dəlilləri" alt-üst edir.

R.Mehdiyev yazır ki, Ermənistan prezidenti "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli barədə danışıqlar prosesinin davam etdiyi bu münaqişənin təqsirkarı olan Ermənistanın 1975-ci il Helsinki Yekun Aktının müddəalarına əsaslanan yenilənmiş Madrid prinsiplərini qəbul etməsini hamının səbirlə gözlədiyi bir vaxtda", beynəlxalq təşkilatlar dünyanın aparıcı ölkələrinin parlamentləri bir-birinin ardınca Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağın Azərbaycana mənsub olmasını, millətlərin öz müqəddəratını təyin etməsi prinsipinin özbaşına interpretasiya edilməsinin yolverilməzliyini, Ermənistanın işğal etdiyi əraziləri azad etməsinin məcburi köçkünlərin öz evlərinə qaytarılmasının zəruriliyini təsdiq edən qətnamələr qəbul etdiyi bir vaxtda bütün bu sənədləri inadkarcasına görmədən beynəlxalq birliyin mövqeyinə məhəl qoymadan diaspordan olan qonaqlarına məsləhət görür ki, onlar öz səylərini "ikinci erməni dövlətinin, Dağlıq Qarabağ respublikasının təşəkkülünə, möhkəmlənməsinə, inkişafına beynəlxalq aləmdə tanınmasına" yönəltsinlər.

Müəllif haqlı olaraq yazır ki, illüziyalardan yaxa qurtarmağın vaxtı çatmışdır bu qədər tez edilsə, bir o qədər yaxşı olar. Ona görə ki, bu məsələdə ləngimək ölümə bərabərdir - gələcək nəsillər bunu bağışlamayacaqlar.

Vaxtilə çiçəklənən bir diyar olmuş Cənubi Qafqaz regionunu mənasız bir avantüraya cəlb etmiş qaniçən erməni cəlladlarının bu hərəkətlərinə qiymət verən akademik Ermənistan rəhbərlərinin "miatsum" utopiyasının, bu faciəli səhvin mənasız perspektivsiz olması barədə düşünməyə çağırır. Axı "onlar mənasız müharibədən, minlərlə taleyin qırılmasından, milyondan çox qaçqın-köçkünün yaranmasından, dağıntılardan, geniş sahələrin becərilmək əvəzinə minalanmasından, sosial xərclər əvəzinə hərbi xərclərin artırılmasından başqa heç nəyə nail olmamışlar: Dağlıq Qarabağı Ermənistana birləşdirmək mümkün olmamışdır heç vaxt mümkün olmayacaqdır - 20 il bundan əvvəl, bu gün, 100 ildən sonra. birbaşa, qondarma "müstəqillik" vasitəsilə.

Ümumiyyətlə, bu kitab Ermənistan prezidenti Serj Sarkisyanın istedadsız spiçrayterlərinin səmərəsiz bayağı cəhdlərinə Azərbaycan aliminin vaxtında layiqli şəkildə verilmiş cavabıdır. Şübhə yoxdur ki, bu cür "nokaut"dan sonra erməni təbliğatının özünə gəlməsi üçün hələ xeyli vaxt tələb olunacaqdır.

Prezident Administrasiyanın rəhbəri, akademik Ramiz Mehdiyevin elmi faktlar sanballı dəlillərlə zəngin olan kitabında Azərbaycanın qədim müasir xəritələri verilmişdir. Bu xəritələr əyani şəkildə göstərir ki, Ermənistan dövləti əzəli Azərbaycan torpaqlarında yaradılmışdır. Nəfis poliqrafik tərtibatı ilə seçilən bu kitabın tarixçilər, politoloqlar, beynəlxalq məsələlər üzrə mütəxəssislər geniş oxucu auditoriyası üçün maraqlı olacağı şübhə doğurmur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 12 yanvar.- S. 2.