Amerikalı müəlliflərin
"Türklər və
ermənilər. Erməni
məsələləri üzrə
rəhbərlik" kitabı
Azərbaycan dilinə
tərcümə olunmuşdur
Amerikalı müəlliflər Kastin və Karolin Makkartilərin "Türklər və ermənilər. Erməni məsələləri üzrə rəhbərlik" kitabı Azərbaycan dilinə tərcümə olunmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyası
(AMEA) Fəlsəfə, Sosiologiya
və Hüquq İnstitutunun əməkdaşları
Yaşar Əliyev və Aydın Əliyev tərəfindən
tərcümə olunan
kitabda ermənilərin
tarixi saxtalaşdırmaları
ilə bağlı dəlil və sübutlar bir daha təsdiqini tapmışdır.
Amerikalı tarixçi alimlərin "Türklər və ermənilər. Erməni məsələləri üzrə rəhbərlik" kitabında xüsusi məqamlardan biri Osmanlı hökuməti tərəfindən ermənilərə qarşı heç bir soyqırımın olmaması faktının sübut edilməsidir.
Tərcümə materialının yaxın zamanlarda AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu tərəfindən kitab şəklində nəşr edilməsi nəzərdə tutulmuşdur.
AzərTAc
Azərbaycan.- 2011.- 13 yanvar.- S. 3.