Xalçaçılıq ənənələri
yaşadılır
Xalqımızın qədim sənət nümunələrini özündə qoruyub saxlayan xalçaçılığa münasibət müstəqillik illərində xüsusi olaraq dəyişib ki, bu da önəmli məqsədlər daşıdığındandır. Respublikamızın bütün bölgələrini əhatə edən bu qədim sənət incilərinin dəyəri təkcə onda deyil ki, o, "Kitabi Dədə Qorqud" dastanından boylanır.
Bu günlərdə Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyində keçirilən növbəti tədbirlərdən biri də xalçaçılıq ənənələrinin inkişaf etdirilməsinə həsr edilib. "Azərbaycan xalçaçılıq ənənələri muzey təhsilində" adlı ikigünlük seminarın keçirilməsində məqsəd bu sənətin incəliklərinin elmi əsaslar üzərində öyrənilməsi və cəmiyyətin bütün təbəqələrinin maraq dairəsini bu istiqamətə yönəltməkdir.
Seminar Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO-nun Moskva Bürosu və Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin birgə layihəsi əsasında keçirilib. Bakı, Gəncə, Şəki, Xaçmaz, Şabran,Tovuz, Ağcabədi, Göyçay, Zərdab, Lənkəran, Quba, Qəbələ və Füzulidəki muzeylərin rəhbərləri seminarda iştirak ediblər.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2011.-13
yanvar.- S. 5.