Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri
Xose Manuel Barrozunun təkbətək
görüşü
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Avropa Komissiyasının sədri Xose Manuel Barrozunu hörmətlə qarşıladı.
Prezident İlham Əliyev və Xose Manuel Barrozu rəsmi foto çəkdirdilər.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun təkbətək görüşü oldu.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, enerji sahəsində əməkdaşlığın yaxşı potensialının olduğu vurğulandı. Əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2011.- 14 yanvar.- S. 1.