"Euronews"
telekanalının nümayəndələri
İçərişəhərlə tanış olmuşlar
Bakıda səfərdə olan "Euronews" telekanalının nümayəndələri İçərişəhəri gəzmişlər.
Kiçik Qala küçəsi ilə tanışlıqdan başlayan gəzinti zamanı qonaqlara dünya şəhərsalma sənətinin nadir nümunələrindən biri, YUNESKO-nun "Dünya irsi siyahısı"na daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında, eləcə də burada aparılan son təmir və abadlıq işləri barədə ətraflı məlumat verilmişdir.
Qonaqlar Dördbucaqlı qala barədə də məlumat almış, Kiçik Qala küçəsində təzə təndir çörəyinin dadına baxmışlar.
Daha sonra qonaqlar ölkəmizin geniş tarixi, iqtisadi-mədəni əlaqələrindən xəbər verən Buxara karvansarasına, Azərbaycan paytaxtının rəmzinə çevrilmiş qədim Qız qalasına tamaşa etmişlər.
Məhəmməd məscidi
ilə tanışlıq
zamanı qonaqlara beynəlxalq tələblərə
uyğun aparılmış
muzey-konservasiya işləri
barədə məlumat
verilmişdir.
Azərbaycan.- 2011.- 14 yanvar.- S. 6.