Əmlak Məsələləri
Dövlət Komitəsinin və Gənclər və İdman
Nazirliyinin kollegiyalarının tərkibində dəyişikliklər
edilmişdir
Nazirlər Kabinetindən AzərTAc-a bildirmişlər ki, hərbi qulluqçuların və hərbi mükəlləfiyyətlilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə "Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi mükəlləfiyyətlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında "Nazirlər Kabinetinin 1994-cü il 17 fevral tarixli qərarına müəyyən əlavələr edilmişdir.
Bundan başqa, "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə"yə uyğun olaraq və Əmlak Məsələləri Dövlət Komitəsinin təklifi nəzərə alınaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin kollegiyasının tərkibində, habelə Gənclər və İdman Nazirliyinin təklifi nəzərə alınaraq, nazirliyin kollegiyasının tərkibində müvafiq dəyişikliklər edilmişdir.
Bu qərarlar
imzalandığı gündən - yanvarın 12-dən
qüvvəyə minmişdir. Nazirlər Kabinetinin qərarlarının
tam mətni ilə www.cabmin.gov.az internet saytında və Azərbaycan
Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq
mümkündür.
Azərbaycan.- 2011.- 14 yanvar.- S. 3.