Bosniya Herseqovinanın xarici işlər naziri Azərbaycan Diplomatik Akademiyasında olmuşdur

 

Azərbaycanda rəsmi səfərdə olan Bosniya Herseqovinanın xarici işlər naziri Sven Alkalay yanvarın 13-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) xarici işlər nazirinin müavini, bu təhsil ocağının rektoru Hafiz Paşayev professor-müəllim heyəti ilə görüşmüşdür.

ADA-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, H.Paşayev qonağa akademiyada tədrisin təşkili, gələcək planlar barədə ətraflı məlumat vermişdir. Keçən il akademiyanın tələbələrinin Çexiya, Gürcüstan İranda səfərdə olduqlarını bildirən rektor H.Paşayev Bosniya Herseqovina ilə tələbə mübadiləsi aparmağı təklif etmişdir.

ADA-da təhsilin müasir dövrün tələblərinə cavab verdiyini vurğulayan S.Alkalay akademiya ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirmişdir.

 

 

Azərbaycan.- 2011.-14  yanvar.- S. 6.