Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizeri qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizeri qəbul etmişdir.

Görüşdə ölkəmizdə idmanın inkişafı ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərdən söhbət açılmış, idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində Azərbaycanın gördüyü işlərdən danışılmışdır.

Söhbət zamanı Azərbaycanda ardıcıl olaraq mötəbər beynəlxalq idman tədbirlərinin keçirildiyi bunların yüksək səviyyədə təşkil edildiyi vurğulanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 15 yanvar.- S. 4.