İçərişəhərlə tanışlıq
Azərbaycanda rəsmi səfərdə olan Avropa Komissiyasının sədri Xose Manuel Barrozu yanvarın 14-də paytaxtın
görməli yerlərindən
olan İçərişəhərlə
tanış olmuşdur.
AzərTAc xəbər verir ki, gəzinti zamanı qonağa dünya şəhərsalma
sənətinin nadir nümunələrindən biri,
YUNESKO-nun "Dünya
irsi siyahısı"na daxil edilmiş
"İçərişəhər"
Dövlət Tarix-Memarlıq
Qoruğu haqqında, eləcə də burada aparılmış son təmir və abadlıq işləri barədə ətraflı
məlumat verilmişdir.
Avropa Komissiyasının sədri gəzintiyə Qız qalası ilə tanışlıqdan
başlamışdır. Bakının
rəmzi sayılan Qız qalasının tarixi barədə qonağa məlumat verilmiş, əsrlərin
şahidi olan bu qədim abidənin
YUNESKO-nun "Dünya
irsi siyahısı"na daxil edildiyi
bildirilmişdir.
X.M.Barrozu Bazar meydanındakı daş eksponatlarından ibarət
ekspozisiya, Buxara karvansarası, qoşa qala qapıları ilə də tanış olmuş, Kiçik Qala küçəsində təzə
təndir çörəyinin
dadına baxmışdır.
Qonağa XI əsrdə inşa edilmiş Məhəmməd məscidi,
burada avstriyalı və almaniyalı mütəxəssislər tərəfindən
aparılmış bərpa
və konservasiya işləri barədə
məlumat verilmişdir.
Gəzintinin sonunda "Kiçik Karvansara" abidəsindəki təsviri
və dekorativ-tətbiqi
incəsənət mərkəzində
- "İncəsənət bağı"nda hörmətli qonağın
şərəfinə çay
süfrəsi təşkil
olunmuşdur. X.M.Barrozu
burada taxta üzərindəki oyma işlərinə, xalçalara
baxmışdır.
Avropa Komissiyasının sədri İçərişəhərin
Fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.
Qonağa xatirə hədiyyələri təqdim
olunmuşdur.
Azərbaycan.- 2011.- 15 yanvar.- S. 5.