"Ümumtəhsil
məktəbinin Nümunəvi
nizamnaməsi" təsdiq
edilmişdir
Nazirlər Kabineti "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli fərmanının 1.22-ci bəndinin icrasını təmin etmək məqsədi ilə yanvarın 13-də qərar qəbul etmişdir.
Nazirlər Kabinetindən AzərTAc-a bildirmişlər ki, qərara əsasən, "Ümumtəhsil məktəbinin Nümunəvi nizamnaməsi" təsdiq olunmuşdur. Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
Qərarın tam mətni ilə www.cabmin.gov.az internet saytında tanış olmaq mümkündür.
Azərbaycan.- 2011.- 16 yanvar.- S. 6.