Almaniyada Xocalı faciəsinə aid 3 min poçt markası buraxılmışdır

 

Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası rəhbərinin təşəbbüsü ilə Avropada və bütün postsovet məkanında ilk dəfə Xocalı faciəsinə aid, üzərində Azərbaycan bayrağı olan 3 min poçt markası buraxılmışdır.

Şuradan AzərTAc-a bildirmişlər ki, şəhər administrasiyası ilə bir ildən çox davam edən danışıqlar nəticəsində poçt markası satışa buraxılmışdır. Əsas məqsəd dünya ictimaiyyətinə Xocalı faciəsi ilə bağlı əsl həqiqətləri çatdırmaqdır və bu istiqamətdə tədbirlər davam etdirilir. Almaniyada fəaliyyət göstərən "Online-Shop" firması 4 min poçt markası alacaqdır.

Cari ilin ortalarınadək daha 50 min ədəd poçt markasının buraxılması ilə bağlı danışıqlar aparılır.

 

 

Azərbaycan.- 2011.- 16 yanvar.- S. 6.