Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin təkbətək
görüşü
Yanvarın 17-də Riqada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin təkbətək görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə edildi, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi.
Söhbət zamanı Azərbaycan ilə Latviya arasında əlaqələrin Avropa İttifaqı çərçivəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı, ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2011.- 18 yanvar.- S. 1.