Azərbaycan və Latviya prezidentlərinin
geniş tərkibdə görüşü
Yanvarın 17-də Riqada təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Valdis Zatlersin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevi Latviyada görməkdən məmnun olduğunu bildirən Prezident Valdis Zatlers özünün Azərbaycana rəsmi səfərinin uğurlu olduğunu xatırlatdı. Azərbaycanın dövlət başçısının indiki səfərindən sonra Bakı ilə Riqa arasında əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu söylədi.
Latviya kimi gözəl ölkəyə səfər etməsindən məmnunluğunu ifadə edən Azərbaycan Prezidenti İlham Əliyev vurğuladı ki, bu səfər ikitərəfli münasibətlərin müzakirəsi, qarşılıqlı surətdə faydalı dialoq və əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı bir imkandır.
Prezident İlham Əliyev bildirdi ki, keçiriləcək Latviya-Azərbaycan biznes forumunun nəticələri uğurlu olacaq və ölkələrimiz arasında əməkdaşlığın inkişafına fayda verəcəkdir.
Görüşdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı aparılan danışıqlar, ölkələrimiz
arasında iqtisadi, enerji, informasiya-kommunikasiya texnologiyaları,
qarşılıqlı sərmayələrin qoyuluşu,
humanitar, təhsil sahələrində əlaqələr
müzakirə edildi, ikitərəfli münasibətlərin
Avropa İttifaqı çərçivəsində əməkdaşlığın
inkişafı baxımından əhəmiyyəti
vurğulandı və bu əməkdaşlığın daha
da genişlənəcəyinə əminlik ifadə olundu.
AzərTAc
Azərbaycan.- 2011.- 18 yanvar.- S. 1.