Azərbaycan-Latviya sənədlərinin
imzalanması
Yanvarın 17-də Riqada Azərbaycan-Latviya sənədlərinin imzalanma mərasimi olmuşdur.
Dövlət başçıları İlham Əliyev və Valdis Zatlers "Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə bəyannaməsi"ni imzaladılar.
"Azərbaycan Respublikasının hökuməti ilə Latviya Respublikasının hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında saziş"i Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Latviyanın daxili işlər naziri xanım Linda Murniese imzaladılar.
"Azərbaycan
Respublikasının Vergilər Nazirliyi və Latviya
Respublikasının Dövlət Gəlirlər Xidməti
arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri
üzrə qarşılıqlı inzibati yardım və
informasiya mübadiləsi haqqında saziş"i Azərbaycanın
vergilər naziri Fazil Məmmədov və Latviyanın Gəlirlər
üzrə Dövlət Agentliyinin baş direktoru xanım
Nelija Jezdakova imzaladılar.
Azərbaycan.- 2011.- 18 yanvar.- S. 2.