Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Putti" İncəsənət Qalereyasında olmuşdur

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva yanvarın 17-də Riqada "Putti" İncəsənət Qalereyasında olmuşdur.

Mehriban xanıma məlumat verildi ki, 2000-ci ildə təsis olunmuş qalereyanın məqsədi Latviyanın zərgərlik məmulatlarının müasir dizaynının təbliğ edilməsi beynəlxalq səviyyədə tanıdılmasına dəstək verməkdir. "Putti" Riqada yeganə qalereyadır ki, burada Latviyanın istedadlı incəsənət adamlarının geniş çeşidli zərgərlik işləri nümayiş etdirilir.

Mehriban xanım Əliyeva burada Yeni il Milad bayramı münasibətilə təşkil edilmiş sərgi, müxtəlif müəlliflərin əl işləri ilə tanış olmuşdur.

Latviya Prezidentinin xanımı Lilita Zatlere qalereya ilə tanışlıq zamanı Mehriban xanım Əliyevanı müşayiət etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-18 yanvar.- S. 3.