Kədər birliyin təntənəsinə çevrilmişdi...

 

O gün "doğma" "yad" sözlərinin arasındakı sərhəd silinmişdi. Bir ailənin itkisi hamı üçün üzüntülü, bir nəfərin dərdi hamı üçün ağır olmuşdu. Çünki xain fitvası ilə, düşmən əli ilə atılan güllə əslində hamıya - bütün xalqa tuşlanmışdı.

Ona görə şəhidlərin dəfninə elliklə çıxmışdılar. Analar, bacılar ömründə üzlərini belə görmədikləri şəhid oğullara ağı deyirdilər. İnsanlar bir-birinin dərdinə şərik olur, hərə öz bacardığı kimi yas saxlayırdı.

Lakin bu hüznün, bu kədərin özündə sanki bir təntənə vardı. Birliyin, yenilməzliyin təntənəsi. Bu kədərin dərinliyi təntənənin böyüklüyü birləşərək azadlıq müstəqillik uğrunda mübarizənin dönməzliyindən xəbər verirdi.

 

 

Azərbaycan.- 2011.- 18 yanvar.- S. 7.