Türkiyə Jandarma Baş komandanı ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir

 

AzərTAc xəbər verir ki, Türkiyə Jandarma Baş komandanı, ordu generalı Necdət Özəlin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti yanvarın 17-də Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçəklər düzülmüşdür.

Türkiyə Jandarma Baş komandanı Şəhidlər xiyabanında, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla anmış, "Əbədi məşəl" abidəsinin və Şəhid türk əsgərlərinin Memorialının önünə əklillər qoymuş, Xatirə kitabına ürək sözlərini yazmışdır.

 

 

Azərbaycan.- 2011.-18  yanvar.- S. 10.