20 Yanvar faciəsinin ildönümü Azərbaycanın İordaniyadakı səfirliyində qeyd olunmuşdur

 

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 yanvar hadisələrinin 21-ci ildönümü Azərbaycanın İordaniyadakı səfirliyində qeyd olunmuşdur.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, Qanlı Yanvarla əlaqədar səfirliyin yaydığı bəyanat İordaniyanın Xarici İşlər Nazirliyinə, dövlət orqanlarına, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə və yerli KİV-lərə göndərilmişdir. Səfir bir sıra nüfuzlu mətbuat orqanlarına müsahibə vermişdir.

Bəyanat, həmçinin səfirliyin bülletenində və rəsmi (httr://www.amiranews.com/more.rhr?this id=2011&this cat=5) internet səhifəsində və www.times-orinion.com saytında (bu saytda ərəb dili ilə yanaşı, rus və ingilis dillərində də ətraflı məlumat var) yerləşdirilmişdir.

Səfirliyə gələn yerli və xarici qonaqlar binaya daxil olarkən 20 Yanvar faciəsini əks etdirən fotoşəkillər və yazılı məlumatlarla tanış ola bilirlər.

 

 

Azərbaycan.- 2011.-18  yanvar.- S. 10.