Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul etmişdir.

Xarici işlər naziri Qriqol Vaşadze Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi digər sahələrdə inkişaf etdiyi vurğulandı, Azərbaycan ilə Gürcüstanın enerji layihələrində uğurlu əməkdaşlıq həyata keçirdiyi qeyd olundu. Söhbət zamanı ikitərəfli münasibətlər, regional beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Prezident Mixeil Saakaşvilinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 19 yanvar.- S. 1.