Səfər başa çatdı
Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasına rəsmi səfəri başa çatmışdır.
Azərbaycanın və Latviyanın dövlət bayraqları ilə bəzədilmiş Riqanın Beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Hava limanında Prezident İlham Əliyevi Latviyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.
* * *
Həmin gün dövlətimizin başçısı Vətənə
qayıtdı.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi Baş nazir Artur Rasizadə,
Prezident Administrasiyasının
rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı
Hacıbala Abutalıbov
qarşıladılar.
AzərTAc
Azərbaycan.- 2011.- 19 yanvar.- S. 1.