Akademik Ramiz Mehdiyevin "Gorus-2010:
absurd teatrı mövsümü" kitabının
müzakirəsi keçirilmişdir
Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Regional Elmi Mərkəzində şəhər ziyalılarının iştirakı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsi keçirilmişdir.
Müzakirələrdə çıxış edənlər bu kitabın informasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbə olduğunu vurğulayaraq bildirmişlər ki, nəşrdə təkcə Ermənistan prezidenti Serj Sarkisyanın erməni absurd teatrının səhnəsində göstərdiyi növbəti tamaşa deyil, həmçinin erməni ideoloqlarının tarixi saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti yeni yalanlarla çaşdırmaq cəhdləri, işğalçı dövlətin hakimiyyət dairələrinin şovinist və irqçi siyasətinin iç üzü də tutarlı faktlarla sübuta yetirilir.
Qeyd edilmişdir ki, akademik Ramiz Mehdiyevin bu kitabı Qarabağ münaqişəsinin həlli prosesindəki mövcud durumun öyrənilməsi baxımından çox əhəmiyyətli olmaqla yanaşı, ictimai elmlər sahəsində araşdırmalar aparan tədqiqatçılar üçün də zəngin tarixi bazadır.
Sonda konfrans iştirakçıları adından ölkənin elmi ictimaiyyətinə müraciət qəbul olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2011.- 19 yanvar.- S. 3.