1990-cı ilin
20 Yanvar hadisələri
ilə əlaqədar
əlil olmuş şəxslərə Azərbaycan
Respublikası Prezidentinin
təqaüdünün təsis
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
1990-cı ilin
20 Yanvar hadisələri
ilə əlaqədar
sağlamlıqlarını itirərək əlil olmuş şəxslərin
sosial müdafiəsini
gücləndirmək və
onlara dövlət qayğısını artırmaq
məqsədilə qərara
alıram:
1. 1990-cı ilin 20 Yanvar hadisələri
ilə əlaqədar əlil olmuş şəxslərə
Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis
edilsin və onun aylıq məbləği
aşağıdakı kimi müəyyən edilsin:
I qrup əlillərə - 150 manat
II qrup əlillərə - 130 manat
III qrup əlillərə -
100 manat.
2. Müəyyən
edilsin ki, bu fərmanın 1-ci bəndi ilə təsis edilən təqaüd Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
dövlət büdcəsinin
"Sosial müdafiə
və sosial təminat bölməsi"
vəsaiti hesabına ödənilir.
3. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu fərmandan irəli gələn məsələləri
həll etsin.
4. Bu fərman
2011-ci il yanvarın
1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 yanvar 2011-ci il
Azərbaycan.- 2011.- 20 yanvar.- S. 1.