Bir gün əvvəl

 

Bu fotoşəklə diqqətlə baxın. Bəlkə kimisə tanıdınız, kimisə xatırladınız. Bəlkə elə siz özünüzü onların arasında tapdınız. Fotonun müəllifi Fərman Bağırov onu belə adlandırıb: "Salyan kazarmasının qarşısında". Mənası çox böyükdür. Şəkil , elə o sözlər 1990-cı ilin 19 yanvarına aiddir.

Aradan illər ötsə , o dövrkü ab-hava, qışın soyuğu, insanların əzmi, iradəsi, bir o gecə olacaq qətliamın nəfəsi bu şəkildən duyulmaqdadır. Amma qışın soyuğu, şəhərdə dolaşaraq qan təhlükədən danışan şayiələr, ölümün özü xalqı getdiyi yoldan döndərə bilmədi. O gün xalq bütün gücü-qüvvəsi, iradəsi, yaddaşı, şərəfli keçmişi tarixi ilə ayaq üstə idi. İnsanlar heç nədən qorxmurdu, çəkinmirdi.

Vaxtilə - 1918-20-ci illərdə bu kazarmada Azərbaycanın istiqlalı üçün canından keçən oğullarımız xidmət keçmişdilər, 20 Yanvardan bir az sonra o məkan yenə azərbaycanlı zabit əsgərlərin hərbi düşərgəsinə çevriləcək. Amma buna hələ vardı, hələ Salyan kazarması, bir çox hərbçilər hərbi hissələr kimi, bizim deyildi...

Hələlik xalq əliyalın vəziyyətdə Salyan kazarmasının, eləcə şəhərə girə biləcək təhlükənin digər yollarını bağlamağa çalışırdı.

 

 

Azərbaycan.- 2011.- 20 yanvar.- S. 4.