Azərbaycan ilə Türkiyənin siyasi və hərbi əlaqələri ən yüksək səviyyədədir
Yanvarın 19-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Jandarm Qüvvələrinin Baş komandanı, ordu generalı Necdet Özel ilə görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri, hərbi-texniki sahədə əməkdaşlığın dinamikası və regiondakı vəziyyət müzakirə olunmuşdur.
S.Əbiyev bildirmişdir ki, Azərbaycan ilə Türkiyənin siyasi və hərbi əlaqələri ən yüksək səviyyədədir və bundan sonra da bu əlaqələr genişlənməkdə davam edəcəkdir.
N.Özel vurğulamışdır ki, güc birlikdədir və Türkiyə hər zaman Azərbaycanın yanında olacaqdır.
Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç iştirak etmişdir.
Azərbaycan.- 2011.- 20 yanvar.- S. 5.