Milli Təhlükəsizlik
Nazirliyinin şəxsi
heyəti Qanlı 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanını
ziyarət etmişdir
AzərTAc xəbər
verir ki, yanvarın 19-da Azərbaycan Respublikasının milli təhlükəsizlik
naziri general-leytenant Eldar Mahmudov və nazirliyin şəxsi heyəti
Qanlı 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar
Şəhidlər xiyabanını ziyarət etmiş, ölkəmizin
müstəqilliyi və ərazi bütövlüyünün
müdafiəsi uğrunda mübarizədə canlarını
qurban vermiş qəhrəman Vətən
övladlarının məzarları üzərinə tər
qərənfillər düzmüş, şəhidlərimizin
unudulmaz xatirəsinə hörmət və ehtiramlarını
bildirmişlər.
Sonra Milli Təhlükəsizlik
Nazirliyinin şəxsi heyətinin adından "Əbədi
məşəl" abidəsinin önünə əklil
qoyulmuşdur.
Anma mərasimində nazir Eldar Mahmudov və nazirliyin əməkdaşları Vətənimizin
azadlığı uğrunda
canlarından keçmiş,
bu müqəddəs məkanda əbədiyyətə
qovuşmuş təhlükəsizlik
orqanlarının şəhid
olmuş əməkdaşlarının
məzarlarını da
ziyarət etmiş, onların xatirələrinə
hörmət və ehtiramlarını bildirmiş, məzarları
üzərinə gül
dəstələri düzmüşlər.
Azərbaycan.- 2011.- 20 yanvar.- S. 5.