Bir mənzilə atılan güllələr

 

Görəsən, bu evlərin, daşın-divarın günahı idi?! O müdhiş 20 Yanvar gecəsində, elə növbəti günlərdə azğınlaşmış qoşunlar binaları atəşə tuturdu. Güllələr pəncərələri sındırıb mənzillərə daxil olurdu. Bu güllələr insanlara maddi ziyan vurur, bir çox hallarda isə onları şikəst edir, ömürləri yarımçıq qırırdı.

Bəli, Bakının küçələrinə yeridilmiş qoşunların gözünü qan örtmüş hərbçiləri çöldə-bayırda törətdikləri vəhşiliklərlə kifayətlənə bilmirdilər. Haranı görsələr, nəyə rast gəlsələr hədəfə alırdılar. Fəqət, o deşilən divarların arxasındakı da insan idi. Deməli, dolayısı ilə bu güllələr insanların taleyinə, azadlıq istəyinə atılırdı. Lakin daşı-divarı, pəncərə-qapını sındırsa da, xalqın mübariz ruhunu sındıra bilmədi bu güllələr...

 

 

Azərbaycan.- 2011.- 20 yanvar.- S. 6.