Dövlət Dəniz Administrasiyasında 20 Yanvar
şəhidlərinin xatirəsi
anıldı
Azərbaycan
Respublikası Dövlət Dəniz Administrasiyasında 20
Yanvar faciəsinin 21-ci ildönümünə həsr
olunmuş toplantı keçirilmişdir. Tədbirin əvvəlində
20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad olunmuşdur. Dövlət Dəniz
Administrasiyasının rəisi Qüdrət Qurbanov
çıxış edərək bildirmişir ki, 20 Yanvar həm
hüzn günü, həm də Azərbaycanın azadlıq
və ərazi bütövlüyü uğrunda mübarizə
tarixinə qəhrəmanlıq salnaməsi kimi daxil
olmuşdur. 1990-cı il yanvar ayının 19-dan 20-nə
keçən gecə o vaxtkı sovet qoşunlarının tərkibində
çoxlu sayda ermənilərin də iştirakı ilə Azərbaycan
xalqına qarşı qanlı terror hadisəsi törədilmişdir.
Bu qanlı hadisəyə həyatını təhlükə
qaraşısında qoyaraq, ilk olaraq öz kəskin münasibətini
bildirən şəxs xalqımızın ümummmilli lideri
Heydər Əliyev olmuşdur. Ulu öndərimizin bu hadisənin
ertəsi günü Azərbaycanın Moskvadakı daimi
nümayəndəliyinə gələrək faciəni
törədən şəxsləri kəskin şəkildə
tənqid etmiş, hadisəni insanlığa, hüquqa,
demokratiyaya, humanizmə zidd hesab etmişdir.
Görkəmli
ictimai-siyasi və dövlət xadiminin yenidən respublika rəhbərliyinə
qayıdışından sonra 20 Yanvar hadisələrində
şəhidlik zirvəsinə ucalmış mərd
mübarizlərimizin xatirəsi daim əziz tutulmuş,
onların ailə üzvlərinə və zərər
çəkən şəxslərə ardıcıl
qayğı göstərilmişdir.20 Yanvar faciəsinə
hüquqi-siyasi qiymət də məhz ümummilli liderimizin təşəbbüsü
ilə verilmişdir.
Administrasiyanın
hüquq şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası
"Dənizçilər" ərazi təşkilatının
sədri Əhməd İsmayılov, gəmi heyəti
şöbəsinin müdiri Ehtiram Rəhimov, sektor müdiri
Vaqif Hüseynov və başqaları
çıxışlarında Mixail Qorbaçov başda
olmaqla o vaxtkı imperiya rəhbərlərinin xalqımıza
qarşı düşmən siyasətini, Əbdürrəhman
Vəzirovun, respublikanın digər rəhbər vəzifəli
şəxslərinin öz xalqının taleyinə biganəliyini
və dönüklüyünü qətiyyətlə pislənmiş,
20 Yanvar hadisələri zamanı Azərbaycan dənizçilərinin
fədakarlığı, mübarizliyi və öz xalqı ilə
birgə fəal mübarizəsindən söz açaraq, faciə
barədə acı xatirələrini
bölüşmüşlər.
Azərbaycan.- 2011.-20
yanvar.- S. 7.