Müəllifin
narahatçılığı başa düşülür
“Azərbaycan”a cavab verirlər
Orta məktəblərdə
musiqi dərslərinin tədrisindəki qüsurlarla
bağlı "Azərbaycan" qəzetinin 11 dekabr 2010-cu il
tarixli nömrəsində dərc edilmiş "Orta məktəblərdə
musiqi fənninin tədrisi qaneedici deyil" sərlövhəli
yazıya Təhsil Nazirliyindən mütəxəssislərin
münasibət bildirmələrini xahiş etmişdik. Məktubumuza
diqqətlə yanaşan təhsil naziri Misir Mərdanov
özü münasibət bildirmişdir. Məktubda deyilir:
- Bəstəkar Oqtay Rəcəbovun
"Azərbaycan" qəzetinin 11 dekabr 2010-cu il tarixli
nömrəsində dərc edilmiş "Orta məktəblərdə
musiqi fənninin tədrisi qaneedici deyil" sərlövhəli
məqalə Təhsil Nazirliyində
araşdırılmışdır.
Qeyd edək ki, Oqtay Rəcəbov
ümumtəhsil məktəblərində istifadə olunan
bütün "Musiqi" dərsliklərinin həmmüəllifidir
və bu mənada onun narahatçılığı
başadüşüləndir.
Məlumat üçün bildiririk ki, tarixən ümumtəhsil məktəblərinin ibtidai siniflərində musiqi fənnini əsasən ibtidai sinif müəllimləri tədris etmişdir və bu ənənə hələ ki, ixtisaslı musiqi müəllimləri olmayan məktəblərdə davam etdirilir.
Nəzərə almaq lazımdır ki, ibtidai sinif müəllimləri hazırlayan ali və orta ixtisas məktəblərində musiqi fənni digər fənlər kimi tədris olunur və O.Rəcəbovun dediyi kimi, bütün müəllimlər musiqidən xəbərsiz deyillər. Sadəcə, onların çoxunun musiqi ixtisası yoxdur. Ona görə də ibtidai siniflər üçün "Musiqi" dərslikləri hazırlanarkən bu, mütləq nəzərə alınmalıdır.
Təhsil
Nazirliyi musiqi fənninin tədrisi ilə bağlı monitorinq
keçirmiş və nəticələr təhlil
olunmuşdur. Problemlərin həlli istiqamətində tədbirlər
görülür.
Misir MƏRDANOV,
təhsil naziri
Azərbaycan.- 2011.-20
yanvar.- S. 8.