Azərbaycan Prezidenti İlham Əliyev
Bakı bulvarının genişləndirilməsi proqramı
çərçivəsində həyata keçirilən
yenidənqurma işlərinin gedişi ilə tanış
olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Bakı bulvarının genişləndirilməsi proqramı çərçivəsində gəmi təmiri zavodunun ərazisində həyata keçirilən yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı 2011-ci ildə qarşıda duran vəzifələr sırasında Bakı bulvarının Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsi barədə tapşırıqlar vermişdir. Azərbaycan Prezidentinin tapşırıqlarının həyata keçirilməsi ilə əlaqədar Bakı buxtasında yerləşən bir sıra müəssisə və obyektlərin, o cümlədən Xəzər Dəniz Gəmiçiliyinin gəmi təmiri zavodunun və digər sənaye obyektlərinin köçürülməsi zərurəti yaranmışdı.
Verilən tapşırıqların operativ həlli istiqamətində görülən işlərlə yaxından tanış olan dövlət başçısı gəmi təmiri zavodunun sökülən hissəsində işlərin gedişi ilə maraqlandı, müvafiq tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.- 2011.- 22 yanvar.- S. 3.