Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısının təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamına əlavələr edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

1. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 12, maddə 1001; 2008-ci il, ¹ 12, maddə 1057; 2010-cu il, ¹ 7, maddə 617) ilə təsdiq edilmişAzərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısındaHava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoruabzasından sonra aşağıdakı məzmunda abzas əlavə edilsin:

 

Sumqayıt Baş Gömrük İdarəsinin rəisi                             gömrük xidməti general-mayoru

 

2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamının(Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, ¹ 9, maddə 187; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 12, maddə 1028; 2008-ci il, ¹ 12, maddə 1057) 2-ci bəndindəHava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisiabzasından sonra aşağıdakı məzmunda abzas əlavə edilsin:

 

Sumqayıt Baş Gömrük İdarəsinin rəisi”.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 yanvar 2011-ci il.

 

Azərbaycan.- 2011.-22 yanvar.- S. 3.