Nazirlər Kabineti bir neçə qərar qəbul etmişdir

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti bir neçə qərar qəbul etmişdir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti "Orta ixtisas təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi, habelə "Orta ixtisas təhsili müəssisələrinin Əsasnaməsinin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 1995-ci il 30 mart tarixli qərarının qüvvədən düşmüş hesab edilməsi barədə müvafiq qərar qəbul etmişdir.

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli fərmanına əsasən, Nazirlər Kabinetinin bəzi qərarları da qüvvədən düşmüş hesab edilmişdir.

Bundan başqa "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli fərmanının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin qərarına əsasən təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər"də, habelə "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2004-cü il 3 sentyabr tarixli qərarında da müvafiq dəyişikliklər edilmişdir.

Bu qərarlar imzalandığı gündən qüvvəyə minir.

Nazirlər Kabinetinin qərarlarının tam mətni ilə www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq mümkündür.

 

 

Azərbaycan.- 2011.- 22 yanvar.- S. 3.