Azərbaycan ilə Belçika arasında münasibətlər genişlənir
Yanvarın 21-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Belçika Krallığının səfiri Filip Jottard ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə F.Jottard Belçikanın Azərbaycandakı səfiri olmasından məmnun olduğunu vurğulamışdır. Diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin daha da genişlənməsinə və inkişafına çalışdığını söyləyən səfir bu istiqamətdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlığını qeyd etmişdir.
Nazir E.Məmmədyarov F.Jottarda xoş arzularını bildirmiş
və gələcək
işlərində müvəffəqiyyətlər
arzulamışdır.
Azərbaycan.- 2011.- 22 yanvar.- S. 4.