Azərbaycanın dövlət bayraqları matəm əlaməti olaraq endirilmişdir

 

Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar yanvarın 20-də Azərbaycanın bütün şəhər və rayonlarında, eləcə də kənd və qəsəbələrində dövlət bayraqları matəm əlaməti olaraq endirilmişdir.

Sovet qoşunlarının törətdiyi qanlı qırğından 21 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecənin dəhşətlərini unutmur, bu vəhşiliyin səbəbkarlarına öz dərin nifrətini bildirir və azadlıq aşiqlərinin - şəhidlərin əziz xatirəsini ehtiramla yad edir.

Xatırladaq ki, SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, Dövlət Təhlükəsizlik Komitəsinin birgə həyata keçirdiyi əməliyyat nəticəsində təkcə paytaxtda 134 mülki şəxs amansızcasına öldürülmüş, 600-dən çox adam yaralanmış, ölçüyəgəlməz dağıntılar törədilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-22 yanvar.- S. 4.